Yaponiyada 68 min insan bu səbəbdən öləcək

Yaponiyada 68 min insan bu səbəbdən öləcək

Yaponiyada ilin sonun qədər 68 min insanın evlərində təkbaşına ölməsi gözlənilir.

"Cebhe.info" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Milli Polis Agentliyinin son hesabatına görə, 2024-cü ilin 3 ayında 22 min insan evlərində təkbaşına ölüb.

Bildirilir ki, qeydə alınan ölümlərin 80 %-i 65 və daha yuxarı yaşda olan insanlardandır.

Təşkilat 2011-ci ildə 27 min olan tək ölüm hallarının ilin sonuna qədər 68 minə çatacağını təxmin edir.

Yaponiya əhalisi qocalmağa davam etdikcə, daha çox insan həyatlarının son illərini təcrid olunmuş vəziyyətdə keçirir.

Milli Əhali və Sosial Təminat Tədqiqat İnstitutunun məlumatına görə, tək yaşayan 65 yaşdan yuxarı insanların sayı 2020-ci ildə 7,38 milyon idi və 2050-ci ilə qədər təxminən 11 milyona çatacağı gözlənilir.

2020-ci il siyahıyaalınmasına əsasən, tək nəfərlik ev təsərrüfatları ümumi ev təsərrüfatlarının demək olar ki, 38 faizini təşkil edir ki, bu da beş il əvvəl aparılan əvvəlki sorğu ilə müqayisədə 13,3 faiz artım deməkdir.

Səhiyyə naziri Keizo Takemi ötən ay cəmiyyətdə tək ölmə ehtimalının bundan sonra artacağının dəqiq olduğunu bildirib. 

Bəzi şəhərlərdə könüllülər məhəllələri yoxlayır və təhlükəli vəziyyətin olub-olmadığını anlamağa çalışırlar.

Əgər camaşırxana uzun müddət eyvanda qalarsa, qapıda məktublar, qəzetlər yığılarsa və ya gecə boyu evin işıqları yansa, könüllülər hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün bu insanların evlərinə gedirlər. Bu yolla təkcə ölümlərin qarşısını almaq mümkün olmasa da, ən azı aylarla cəsədlərin evdə qalmasının qarşısını alır.

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin son aylarda dərc etdiyi məlumatlara görə, son 13 ildə ölkə əhalisinin sayı azalır.

2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Ləman İsmayıl
"Cebhe.info"