“Dədə Ələsgər ocağı” kitabı nəşr olunub

“Dədə Ələsgər ocağı” kitabı nəşr olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” layihəsi çərçivəsində  hazırlanan “Dədə Ələsgər Ocağı” kitabı işıq üzü görüb.

Kitab "ƏLƏSGƏR OCAĞI" ŞEİRLƏR, BAKI, YAZIÇI 1991 - nəşri əsasında kiril əlifbasından, latın əlifbasına çevirilərək yenidən nəşrə hazırlanmışdır.

Kitabda Aşıq Ələsgər ocağının ən istedadlı nümayəndələrinin – tanınmış aşıqların və el şairlərinin əsərlərindən seçmələr toplanmışdır. Ələsgərin atası Alməmmədin, qardaşı çoban Məhəmmədin, qardaşı oğlu məşhur Növrəs İmanın, oğlu Talıbın nəticəsi İsmixanın və başqalarının əsərlərindən nümunələr daxil edilmişdir.

Xatırladaq ki, sözügedən layihənin icra müddəti 3 ay idi. Layihə çərçivəsində Aşıq Ələsgər və onun şərəcəsinin ədəbi irsinin daha dərindən öyrənilməsi üçün “Dədə Ələsgər Ocağı” adlı kitabın nəşr edilməsi və Qərbi Azərbaycana qayıdış prosesinə də mühüm köməyi ola biləcək dahi Aşıq Ələsgərin həyat və yaradıcılığına daha dərindən, həm bədii, həm ictimai baxımdan qiymətləndirməyə kömək edən tədbirlər planının hazırlanması üçün elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

"Cebhe.info"