Mövlud Süleymanlının vəziyyəti açıqlanıb

Mövlud Süleymanlının vəziyyəti açıqlanıb

Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.

Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.

“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika müşahidə olunur”, - deyə Ruzbeh Məmməd qeyd edib.

 "Cebhe.info"