Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb - FOTOLAR

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb - FOTOLAR

Aprelin 6-sı səhər saat üç radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

Bu barədə hospitaldan məlumat verilib.

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.

"Cebhe.info"