Azərbaycana idxal edilən məhsulların inflyasiyası 17%-dən çox olub

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.2% artıb.
"Cebhe.info" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ixrac olunan məhsulların qiymətləri isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 28.4% azalıb.
Nəzərə alaq ki, 2022-ci ilin müvafiq dövründə idxal olunan məhsulların qiymət indeksləri əvvəlki illə müqayisədə 22.1%, ixrac olunan məhsulların qiymət indeksləri isə 74.5% artmışdı.
Qeyd edək ki, idxal olunan məhsullarda ən çox qiymət artımı ayaqqabı, baş geyimlərində(58% artım), təbii xəz(64,4% artım) , mebel (50.4% artım), alkoqollu və alkoqolsuz içkilər (19.5% artım), əczaçılıq məhsulları ( 20.6% artım) və digər məhsullarda olub.
Xatırladaq ki, ixrac olunan məhsullarda ən çox qiymət azalması mineral yanacaq, neft (31% azalma), oduncaq və ağac kömürü (9% azalma), oyuncaqlar və onların hissələri (12% azalma) və digər məhsullarda olub.
"Cebhe.info"