Bakı metrosunda vaqona su damır - RƏSMİ

Bakı metrosunda vaqona su damır - RƏSMİ

Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib. 

“Cebheinfo.az” xəbər verir ki, bu gün saat 14:30 radələrində, metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib. 

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətindən “Cebheinfo.az”- a bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb:

“Operativ tədbirlər üçün müvafiq tapşırıq verilib. Bununla bağlı əlavə məlumat təqdim olunacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”