Özbək nazir Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Özbək nazir Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.

Cebhe.info xəbər verir ki, bunu özbəkistanlı nazir tviterdə yazıb.

O, həmkarını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan dövləti və xalqına ən xoş arzularını çatdırıb.

B.Saidov bildirib ki, iki ölkə arasında əlaqələr genişlənməkdə davam edir.

Cebhe.info