Yepiskoplar Paşinyana qarşı TOPLANDI

Yepiskoplar Paşinyana qarşı TOPLANDI

Müqəddəs Eçmiədzin Ana Taxtında Ali Ruhani Şuranın iclası keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Armenia Sputnik”-ə Müqəddəs Eçmiədzin Ana Taxtının Muzey və Arxivlərinin direktoru keşiş Asoqik Karapetyan bildirib.

"Görüş başa çatacaq və hər şeyi öyrənəcəyik", - deyə Karapetyan əlavə edib. O, dünən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən səkkiz ruhani şəxsin iclasda iştirak edib-etmədiyini bilmədiyini deyib.

O, həmçinin Müqəddəs Eçmiədzin Ana Taxtında ümumi atmosferin "dinc və dua dolu" olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən yepiskoplar və arxiyepiskoplar tərəfindən imzalanmış bəyanat yayılıb və bütün ermənilərin katolikosundan arxiyepiskop Arşak Xaçatryanı vəzifəsindən uzaqlaşdırması tələb olunub.

Xəzər

“Cebheinfo.az”