Bakıda aeroport yolunda avtomobillər toqquşub
![Bakıda aeroport yolunda avtomobillər toqquşub](/uploads/images/2024/07/720x400/1719862470722362764668304c65e93f.jpg)
Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.
"Cebhe.info"