Bakıda avtomobilin vurduğu piyada ölüb
![Bakıda avtomobilin vurduğu piyada ölüb](/uploads/images/2024/07/720x400/17199032056518312556683a3e514f4e.png)
Bakıda 62 yaşlı kişini maşın vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əhməd Arif oğlu Muradovu VAZ-2106 markalı avtomobil vurub. Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"