Şəkidə 32 yaşlı qadın özünü binadan atdı

Şəkidə 32 yaşlı qadın özünü binadan atdı

Şəkidə intihar hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhərin Şərbablar küçəsində 1993-cü il təvəllüdlü R.Mustafayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, R.Mustafayeva bir müddət əvvəl boşanıbmış, onun bir azyaşlı övladı qalıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"