Şəmkirdə minik avtomobili kombaynla toqquşub

Şəmkirdə minik avtomobili kombaynla toqquşub

Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində minik avtomobilində olan, 1974-cü il təvəllüdlü A.İsmayılov xəsarət alıb.

Zərərçəkən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"