Sumqayıtda binada yıxılan qızın vəziyyəti ağır olduğu üçün Bakıya təxliyə olunub

28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Mərkəzdən “Report”un yerli bürosuna bildirilib ki, ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
"Cebheinfo.az"