Üç ədəd tüfəng polisə könüllü təhvil verildi

Üç ədəd tüfəng polisə könüllü təhvil verildi

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər.

Həmçinin keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

"Cebhe.info"