AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 4
![AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 4](/uploads/images/2024/07/720x400/171985621318609857916682ec555f3a9.jpg)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.
"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.
Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.
Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.
***
21:43
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar hesabda önə çıxıb.
85-ci dəqiqədə Yan Vertonqen avtoqol müəllifi olub.
***
21:02
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.
Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
***
20:45
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.
Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
***
20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Düsseldorfdakı "Esprit Arena"da keçirilir.
Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
"Cebhe.info"