Kevin De Bröyne "Qalatasaray"a gedir?

Türkiyənin "Qalatasaray" klubu daha bir dünya ulduzunu heyətinə qatmağa çalışır.
"Cebheinfo.az" xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində "Mançester Siti"nin futbolçusu Kevin De Bröyne var.
Super Liqada çempionluq və 5-ci ulduzu taxmaq üçün mübarizə aparan "Cim-Bom" bir tərəfdən də transfer hazırlıqlarına başlayıb. Gələn il Çempionlar Liqası üçün iddialı heyət qurmağı hədəfləyən "Qalatasaray" "10 nömrə" mövqeyində dünya ulduzu Kevin De Bröyne üçün hərəkətə keçib.
"Sarı-qırmızılılar" bu transferi həyata keçirməyə görə heyətdəki bəzi futbolçuları gözdən çıxmağı belə düşünürlər.
Həmçinin, "Qalatasaray" qapıçı Fernando Musleranın yerinə də Yan Oblakı transfer etmək istəyir. Artıq bu transfer üçün də ilk təmaslar qurulub.
Elmir
"Cebheinfo.az"