Təbrizin “Traktor” klubu bu axşam vacib matça çıxacaq

İran çempionatında çıxış edən Təbrizin “Traktor” futbol klubu bu axşam növbəti oyuna çıxacaq.
"Cebheinfo.az" xəbər verir ki, Qəzvin şəhərində yerli “Şəms Azar” klubu ilə keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Traktor” klubunun yaydığı son məlumata görə, təbrizli azarkeşlər oyununa saatlar qalmış Qəzvin şəhərindəki Sərdar Azadəgan stadionuna axın edib.
Qeyd edək ki, “Traktor” klubu çempionluğa çox yaxındır. Təbrizlilər 27 turdan sonra 61 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
2-ci yerdə gələn “Sepahan” klubunun 56 xalı var.
Bugünkü oyunda qələbə “Traktor” üçün çox vacibdir. Təbrizlilərin rəqibi “Şəms Azar” 29 xalla 13-cü yeri tutur.
"Cebheinfo.az"