"Turan Tovuz" braziliyalı futbolçu transfer edib

"Turan Tovuz" braziliyalı futbolçu transfer edib

"Turan Tovuz" klubu braziliyalı futbolçu Kristian da Silvanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb.

Son olaraq “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.

"Cebhe.info"