"Zirə" legioner futbolçu transfer edib
!["Zirə" legioner futbolçu transfer edib](/uploads/images/2024/07/720x400/171984686717633033016682c7d326a8d.jpg)
2024/2025 mövsümünə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.
Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında da çıxış edib. O, Ruanda millisinin heyətində 16 matça çıxıb.
"Cebhe.info"