“Azeri Light” bu gün neçəyə satılır?

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.90% artaraq 70.79 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. 

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"