İlk addım atıldı: Bəs sonra?

İlk addım atıldı: Bəs sonra?

Bu gündən Azərbaycanın Rəqabət Məcəlləsi qüvvəyə minib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilir ki, 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında deyib ki, Rəqabət Məcəlləsinin özünün doğrultması üçün digər komponentlərə də ehtiyac var: 

“Rəqabət Məcəlləsinin yaxşı və ədalətli işləməsi üçün tez çalışan məhkəmə sisteminə ehtiyac var. Ondan əlavə, biznes təşviqlərinə zərurət var. Yəni başqa sahələrdə kifayət qədər ciddi islahatlar ehtiyac var ki, paralel olaraq Rəqabət Məcəlləsi özünü doğrulda bilsin”. 

Ekspert qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ilkin addım olaraq rəqabət mühütində baş verən problemlərin həllinə müsbət təkan vermiş olacaq. 

Həsən Məmmədov 
“Cebhe.info”