Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları artıb.

“Cebhe.info” xəbər verir ki, bu haqda AMB özü məlumat yayıb. Bildirilib ki, hazırda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 737 milyon 600 min dollar təşkil edir.

Qeyd edək ki, ötən ay AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 713 milyon 700  min dollar olub. Bu isə 23 milyon 900 min dollar artım deməkdir.

Vilayət Muxtar
“Cebhe.info”