Mərkəzi Nəbatət Bağı auditor seçir

Mərkəzi Nəbatət Bağı auditor seçir

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mərkəzi Nəbatət Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Cebhe.info” xəbər verir ki, sorğuda iştirak haqqı 24 manatdır.

İddiaçılar təkliflərini iyulun 17-nə qədər Mərkəzi Nəbatət Bağının yerləşdiyi Bakı şəhəri, Badamdar şossesi, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

“Cebhe.info”