Ölkədə pul bazası artıb

Ölkədə pul bazası artıb

Ölkə üzrə dövriyyədə olan pul kütləsinin (pul bazası) həcmi artıb.

“Cebhe.info” xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, hazırda dövriyyədə olan pulun həcmi 20 milyard 401 milyon manatdır.

Bu isə ötən ayla müqayisədə 453 milyon manat artım deməkdir.

Qeyd edək ki, ötən ay dövriyyədə olan pulun həcmi 19 milyard 948 milyon manat olub.

Vilayət Muxtar
“Cebhe.info”