Türkiyədə ötən il inflyasiya bu qədər olub

Türkiyədə illik inflyasiya səviyyəsi 2024-cü ilin sonunda 44.4 faiz olub.
“Cebheinfo.az” xəbər verir ki, bu rəqəm Türkiyə Mərkəzi Bankının son açıqladığı proqnozdan 0.4 faiz bəndi yüksək, 2023-cü ilin iyun ayından bəri isə ən aşağı həddir.
İllik inflyasiyada ən böyük pay 10.9 faiz bəndi ərzaq və alkoqolsuz içkilər, 9.8 faiz bəndi daşınmaz əmlak, 4.7 faiz bəndi restoran və hotel xidmətləri olub.
Vilayət Muxtar
“Cebheinfo.az”