110 yeni dildən tərcümə ediləcək

110 yeni dildən tərcümə ediləcək

"Google" şirkəti "Google Translate"-də tərcümə edilə bilən dillərin sayını iki dəfə artırıb.

"Cebhe.info" xəbər verir ki, tərcüməyə 110 yeni dil əlavə edilib.

Şirkət bu yeniləmələri mümkün etmək üçün PaLM 2 əsas dil modelindən istifadə edib.

"Google"un baş mühəndisi İsaak Kasvell bildirib ki, yeni əlavə edilən dillərdə 614 milyondan çox insan danışır ki, bu da dünya əhalisinin təxminən 8 faizini təşkil edir. O,əlavə edilən dillərin dörddə birinin Afrika mənşəli olduğunu söyləyib.

Bu yeniləmə ilə "Google Translate" tərəfindən tərcümə edilən dillərin ümumi sayı 243-ə yüksəlib.

Naibə
"Cebhe.info"