Gözündən yaralandığını gülərək deyən əsgər Ceyhun... - FOTOLAR

“Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı. Bir anda antiterror tədbirlərinin simvoluna çevrildi. Qardaş Türkiyə mətbuatı qazimizdən qürurla danışdı, onun qəhrəmanlığını, qorxmazlığını təqdir etdi”.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O, əsgərin həyat hekəyəsini danışıb:
“Belə qorxmaz, qəhrəman Azərbaycan əsgərlərini bütün dünya tanımalıdır. Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror tədbirləri başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb”.
Cebhe.info