Tanınmış müğənni Nazan Öncel xəstəxanaya yerləşdirilib

Tanınmış müğənni Nazan Öncel xəstəxanaya yerləşdirilib

Türkiyənin tanınmış müğənnisi Nazan Öncel xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını deyən 69 yaşlı N.Öncel müayinəsində angioqrafiya mərhələsinə keçildiyini bildirib.

Sabahkı konsertinin təxirə salındığını söyləyən müğənni vurğulayıb:

"Sabah axşam üçün planlaşdırılan konsertə görə sizə üzrxahlıq borcum var. Biletləriniz keçərlidir. Lütfən bağışlayın".

"Cebheinfo.az"