Güzdəkdə sexdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:31
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
"Cebheinfo.az"