Rəcai limanındakı partlayışda 11 nəfər itkin düşüb

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışdan sonra 11 nəfər itkin düşüb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İran KİV-ə açıqlamasında Hörmüzgan əyalətinin Əməkçilər Evinin məsul katibi İsmail Hacızadə məlumat verib:
"Şəhid Rəcai limanında 11 işçi itkin düşüb və onların taleyi barədə məlumat yoxdur".
Qeyd edək ki, Hörmüzgan əyalətinin Ədliyyə İdarəsi limandakı partlayışlarda ölənlərin sayını 70-dən 57-yə endirərək, say dəyişikliyinə səbəb kimi "parçalanmış cəsədlərin hissələrinin müxtəlif bağlamalara toplanması" olduğunu bildirib.
"Cebheinfo.az"