Lukaşenko Fitsoya təşəkkür etdi: “Afərin sənə” - FOTOLAR

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlər zamanı Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb və onun bu mərasimdə iştirak etməsini təqdirlə qarşılayıb.
"Cebheinfo.az" xəbər verir ki, Lukaşenko Fitso ilə söhbətində bildirib:
“Afərin sənə! Dedin gələcəm, gəldin də!”
Bu dialoqun videosu Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervogo” teleqram kanalında yayımlanıb.
Qeyd edək ki, Slovakiya Baş nazirinin təyyarəsi Moskvaya daha uzun bir yolla, cənub marşrutu ilə gəlib.
“Dennikn” portalının yazdığına görə, Fitsoya məxsus xüsusi təyyarə Macarıstan, Rumıniya, Qara dəniz və Gürcüstan üzərindən keçib.
Səbəb isə Estoniya, Latviya və Litvanın Slovakiya hökumət başçısının təyyarəsinə öz hava məkanları üzərindən uçmağa icazə verməməsi olub.
Həmin ölkələr bir neçə gün əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi üçün də hava məkanlarını bağlamışdılar.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Avropa İttifaqına üzv bəzi ölkələrin Moskvaya gələn avropalı liderlərin yolunu kəsməyə çalışmasını “biabırçılıq” adlandırıb.
Səbinə Uğur
"Cebheinfo.az"