Masallıda “Toyota” qəza törədib: Azyaşlı ölüb - YENİLƏNİB

Masallıda “Toyota” qəza törədib: Azyaşlı ölüb - YENİLƏNİB

Masallıda qəzada xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu gün saat 13:30 radələrinədə Ələt-Astara magistral yolunun Masllı rayonundan keçən hissəində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 1-i kişi, 2-i qadın cinsli olmaqla 3 nəfər hospitalizasiya olunub.

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib.

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

***

15:45

Masallıda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bunlar Masallı rayonunun Böyuk Xocavar kənd sakinləri, sürücü 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurov, 1991-ci il təvəllüdlü Maral Tohid qızı Teymurova və 1957-ci il təvəllüdlü Gülbəyim Xəlil qızı Bayramovadır.

Hazırda yaralıların müalicəsi Masallı rayon xəstəxanasında davam etdirilir.

***

15:19

"Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib".

APA-nın xənub bürusunun xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

14:22

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"