Fransada universitetlərdə hicabın qadağan olunması istənilir

Fransada universitetlərdə hicabın qadağan olunması istənilir

Fransanın daxili işlər naziri Bruno Retaillo universitetlərdə hicab qadağası istədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, qonaq olduğu RMC kanalında Retaillo universitetlərdə “çadra qadağası” məsələsinə toxunub.

"Universitetlərdə hicab qadağan olunmalıdırmı?" sualına cavab verən Retayyo deyib: "Bəli, mən bunu istəyirəm, çünki klassik müsəlman inancına uyğun gəlməyən bir islamçılığın olduğunu aydın şəkildə görürəm".

Nazirin sözlərinə görə, bu islamçılıq öz bayrağını və dəyərlərini digərlərinə sırımağa çalışır: "Bu dəyərlər qadının statusunu kişinin statusundan aşağıda görür. Məncə, bu cür hallara qarşı diqqətli olmaq lazımdır".

Retayyo həmçinin vurğulayıb ki, onun dedikləri Fransada yaşayan müsəlman vətəndaşlara qarşı yönəlməyib:

"Siyasi islam, müsəlmanların inancını təhrif edir".

Nigar Hacılı 
"Cebheinfo.az"