Moskvada Qələbə Paradı keçirilir: Kimlər gedib?

Moskvada Qırmızı Meydanda Qələbə Paradı keçirilir. Tribunalarda Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin, veteranlar və bəzi liderlər var.
“Cebheinfo.az” xəbər verir ki, bu il parad Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunub.
Müdafiə naziri Andrey Belousov Moskvada keçirilən Qələbə Paradına 19 dost ölkədən hərbçilərin dəvət edildiyini bildirib.
Bayram tədbirlərində iştirak etmək üçün Çin Xalq Respublikasının sədri Si Cinpin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstanın lideri Kasım-Jomart Tokayev, o cümlədən Misir, Zimbabve, Braziliya, Monqolustan, Qvineya-Bisau və digər ölkələrin prezidentləri paytaxta gediblər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Qırmızı Meydanda keçiriləcək Qələbə Paradında 13 ölkədən hərbi birləşmələr iştirak edəcək. Bunlar Belarus, Qazaxıstan, Azərbaycan, Vyetnam, Misir və Qırğızıstandan olan parad bölmələri olacaq. Bundan əlavə, yürüşdə Çin, Laos, Myanma, Monqolustan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan bölmələr iştirak edəcək.
Rusiya lideri Vladimir Putinin sözlərinə görə, mayın 9-da keçiriləcək paradda Çin hərbçilərinin sayı xarici qoşunlar arasında ən böyüyü olacaq.
Xəzər
“Cebheinfo.az”