ABŞ səfiri Qələbə paradına qatılmadı

ABŞ səfiri Qələbə paradına qatılmadı

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Qızıl meydanda keçirilən Qələbə paradında iştirak etməyib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya siyasi dairələrindəki mənbə məlumat verib.

“Amerika diplomatik nümayəndəliyinin rəhbəri tribunada yox idi”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov ABŞ-nin Rusiyadakı səfirinə 9 may Qələbə paradına rəsmi dəvət göndərildiyini bildirmişdi.

O həmçinin əlavə etmişdi ki, paradda ABŞ-dən olan bir neçə müharibə veteranı iştirak edəcək.

Səbinə Uğur
"Cebheinfo.az"