Köçəryan ermənilərə “Böyük Ermənistan” vəd etdi

Ermənistanın eks-prezidenti Robert Köçəryan yenə də köhnə xülyalarından əl çəkmir.
“Cebheinfo.az”-ın məlumatına görə, Köçəryan ermənilərə növbəti dəfə “Böyük Ermənistan” vəd edib.
Bu barədə o, 9 may Alman faşizmi üzırində qələbənin 80 illiyi münasibətilə xalqa ünvanladığı təbrik məktubunda bildirib.
“Əziz həmvətənlər, mən əminəm ki, şanlı qələbələrimizin və ağır itkilərimizin dərsləri bizə güc verəcək və biz birlikdə daha böyük və daha dinc Ermənistan quracağıq”, - deyə Köçəryan qeyd edib.
Göründüyü kimi, 2020-ci il İkinci Qarabağ müharibəsində və 2023-cü il antiterror əməliyyatında Ermənistanın sarsıdıcı məğlubiyyətindən nəticə çıxartmayan Robert Köçəryan yenə də erməniləri “Dənizdən dənizə”, “Böyük Ermənistan” xəyallarına sürükləyir.
Bu isə Köçəryanın hakimiyyətə qayıdarsa, Azərbaycana qarşı ərazi iddiaları ilə müharibəyə başlamaq niyyətindən xəbər verir.
Amma Köçəryan “Üçüncü Qarabağ müharibəsi” planlarının Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoya biləcəyini nəzərrə almır.
Müşfiq Abdulla
“Cebheinfo.az”