Yeni Papa bu futbol klubunun azarkeşidir

Katolik keşişi Cüzeppe Paqano yeni Papa XIV Levin sevimli klubu haqqında danışıb.
Bu haqda ANSA məlumat yayıb.
Paqano bildirib ki, XIV Lev “Roma” azarkeşidir.
“O, “Roma” – “Fiorentina” oyunundan sonra mənə yumoristik şəkildə dedi ki, “Roma”nın qələbəsi Papa Fransiskin ölümündən sonra ilk möcüzəsidir”, - Paqano bildirib.
Qeyd edək ki, ötən gün 69 yaşlı amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin rəhbəri olub. XIV Lev adını alıb.
"Cebheinfo.az"