Hindistan Pakistanı hədələdi

Hindistan Pakistanı hədələdi

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar Pakistanın hərbi hərəkətlərinə "çox sərt" cavab veriləcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, “The Hindu” nəşrinin məlumatına görə, Jaişankar Yeni Dehlidə keçirilən “20-ci Hindistan-İran Birgə Komissiya iclası”nda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Burada çıxış edən Jaişankar, Əraqçinin səfərinin Hindistanın Pahalqam hücumuna cavab verdiyi bir vaxta gəldiyini xatırladıb.

Jaişankar, Pahalgam hücumunun "Hindistanın transsərhəd terror infrastrukturunu hədəf alaraq cavab verməsini vacib etdiyini" iddia edib.

İslamabad hökumətinə müraciət edən Jaişankar Pakistanın hərbi hərəkətlərinə "çox sərt cavab veriləcəyini" deyib və əlavə edib:

"Cavabımız məqsədyönlü və ölçülüb-biçilmişdir. Vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur. Ancaq (Pakistan tərəfindən) bizə qarşı hərbi hücumlar olarsa, çox sərt cavab veriləcək, buna heç bir şübhə olmamalıdır".

Nigar Hacılı 
"Cebheinfo.az"