Azərbaycan millisi yoxlama oyununda Belarus yığmasını məğlub edib

Azərbaycan millisi yoxlama oyununda Belarus yığmasını məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

"Cebheinfo.az" ın məlumatına görə, yığma Belarus seçməsi ilə üz-üzə gəlib.

Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.

Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.

"Cebheinfo.az"