Türkiyədə yeni siyasi ittifaq qurulur?

Türkiyə siyasi partiyaları arasında yeni ittifaq qurula bilər.
"Cebheinfo.az" xəbər verir ki, Yenidən Rifah ilə Səadət Partiyası ittifaq qurmağa hazırlaşır.
Bu barədə Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan açıqlama verib. O, "Ekol TV"-də qonaq olarkən partiyasının "Cümhur İttifaqı"nda təmsil olunmayacağını bəyan edib.
Fatih Ərbakan Səadət Partiyası ilə ittifaq qura biləcəklərini söyləyib:
"Biz Səadət Partiyası ilə həm daxili, həm də xarici bir çox mövzuda eyni səviyyədə və xəttdə siyasət aparırıq. İqtisadiyyat da daxil olmaqla hökumətə ünvanladığımız tənqidlər belə oxşardır. Əslində bizim kökümüz eyni yerdən gəlir. Ona görə də milli baxışı eyni olanlar birlikdə hərəkə edə bilərlər. Qarşıdan gələn seçkilərdə Səadət Partiyası ilə ittifaq qurma ehtimalımız var".
Yenidən Rifah Partiyasının sədri prezident seçkilərində özünün namizəd olacağını və kimsə üçün geri çəkilməyəcəyini də vurğulayıb.
Elmir Mustafa
"Cebheinfo.az"