Tramp Putini də, Zelenskini də HƏDƏLƏDİ

Tramp Putini də, Zelenskini də HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan “ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəsə nail olmağı” tələb edib.

“Cebheinfo.az” xəbər verir ki,  o, atəşkəsə əməl olunmayacağı təqdirdə əlavə sanksiyalarla hədələyib:

"Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəs tələb edir. Ümid edək ki, məqbul atəşkəsə əməl olunacaq və hər iki ölkə bu birbaşa danışıqların müqəddəsliyini qoruduğuna görə cavabdeh olacaq. Atəşkəsə əməl olunmasa, ABŞ və onun tərəfdaşları hər həftə əlavə sanksiyalar tətbiq edəcəklər.  Hamı bilməlidir ki, mən bunu istəyirəm, Amerika Birləşmiş Ştatları da bunu istəyir”.

Tramp sosial şəbəkə hesabında daha sonra yazıb:

“Prezident kimi mən avropalılarla birlikdə Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün çalışacağam və bu, davamlı sülh olacaq! Bu atəşkəs sonda sülh razılaşmasına gətirib çıxarmalıdır. Bütün bunları çox tez etmək olar və mənim xidmətlərim tələb olunarsa, hər an hazır olacağam. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”

Xəzər

“Cebheinfo.az”