Satılan balın yarısı saxtadır

Satılan balın yarısı saxtadır

Təqlid və saxtakarlığın ən çox olduğu məhsullardan biri də baldır. 

Balda istehlakçıları saxtakarlığa qarşı xəbərdar edən türkiyəli qida mütəxəssisi Elif Tanuğur Samancı dünyada bal kimi satılan məhsulların yarısının saxta olduğunu bildirib. Propolis arı südü kimi məhsullara diqqət çəkən Samancı “İstehsal çətin olduğu və qazancı yüksək olduğu üçün bu məhsulların 90 faizi saxtadır”,- deyib. 

"Cebheinfo.az" xəbər verir ki, zəngin qida tərkibinə malik bal və arı məhsulları saxtakarlığın ən çox yayıldığı sahələrdən biridir. Bal istehsal edən bir ölkə olan Türkiyədə şəkər siropuna "esans" qatılaraq bazara çıxarılan imitasiya və saxta məhsullar zaman-zaman aşkar edilərək, Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən istehlakçılara xəbərdarlıq edilir. 

Bundan əlavə, uyğun şəraitdə istehsal olunmayan bal və arı məhsulları məzmun baxımından ilkin dəyərini itirir. Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, 2024-cü ildə Türkiyədə 95 min 492 ton bal istehsal edilib. 

İstehsal əvvəlki illə müqayisədə 16,9 faiz azalıb. Statista məlumatlarına nəzər salsaq, 2023-cü ildə dünya üzrə orta illik təbii bal istehsalı təxminən 1,89 milyon metrik ton təşkil edib. FAO-nun hesabatlarına görə, dünyada ən çox təbii bal istehsal edən ölkələr Çin, Türkiyə, Argentina, İran, Efiopiya və ABŞ-dır. Çin 465 milyon tonla liderdir. 

Digər tərəfdən, sektor nümayəndələri ən intensiv saxta bal istehsalının bu ölkədə həyata keçirildiyini bildirirlər. Qida mühəndisi Dr. Aslı Elif Tanuğur Samancı “Arının Ekosistemə Təsiri və Davamlı Qidalanma” adlı təqdimatında dünyada saxta arı məhsullarının artdığına diqqət çəkib. 

“Dünyada satılan balın ən azı yarısı saxtadır”,- deyən Tanuğur Samancı propolis, arı südü kimi istehsalı çətin, lakin yüksək gəliri olan məhsullarda bu nisbətin 90 faizə qədər yüksəldiyini bildirib. 12 il əvvəl İstanbul Texniki Universiteti (İTU) Texnopolisində bir təşəbbüs olaraq ortaya çıxan və arı məhsullarında əldə etdiyi irəliləyişlərlə sektorda özünə yer tapan “Bee’o Propolis” “Dayanıqlı Gələcək üçün Arılar Varsa, Həyat Var!” şüarı adı altında təşkil etdiyi yığıncaqda qurduğu marka haqqında da məlumat verən Tanuğur Samancı deyib: 

"Müqaviləli istehsal edirik. On pətəklə başlayan bütün istehsalçılarımız indi kiçik arıçılıq biznesinə çevriliblər.

Bu sistemlə dünyada mükafatlar aldıq. Arıçılar yalnız istehsala, səmərəliliyə və keyfiyyətə önəm verirlər. Saxta məhsullardan qurtulmağın yolu isə müqaviləli modellərdən keçir. Saxta məhsul istehsal edənlər arılara və arıçılara zərər verir”. İstanbul Texniki Universitetindən Prof. Dr. 

Mikdat Kadıoğlu da “İqlim Dəyişikliyi və Qlobal Təsirləri” adlı təqdimatla çıxış edib. Məktəblərdə öyrədilən "dörd fəsil" deyiminin doğru olmadığını qeyd edən Kadıoğlu "Dörd fəsillə dərdimiz var. Məktəbdə öyrədilən hər şeyə inanmayın. 2 fəsil var- yay və qış. Digərləri keçid dövrləridir, 3 ay kimi deyil",- deyib. İqlim dəyişikliyinə görə qlobal istiləşmənin inkarına  işarə edən Kadıoğlu bu mesajları verib: 

“İqlim dəyişdikcə Egey dənizində olan bal bəlkə də Qara dənizdə olacaq. Dünyanın hər yerində istiləşmə gedir. Ən çox qütblər istiləşir. Ekvator və qütblər arasındakı temperatur fərqi azaldıqca havanın hərəkəti dəyişir. Qışda yağan qar indi yağmır. Avropada istilər nəticəsində ölənlərin sayı açıqlanıb. Türkiyədə də istidən ölənlər var, bizdə isə belə qeydə alınmır. 

Əgər biz şəhərlərdə ağac əkəcəyiksə, arılar üçün əlverişli olan ağaclar əkilsin Ancaq palma əkilir. Onlar quruyur və sonra plastik palma ağacları qoyub işıqlandırırlar. Bunun heç kimə faydası yoxdur. Havalar isindikdə balıqlar şimala Qara dənizə, alabalıq isə cənuba gedir. Nə olursa olsun, təbiəti qorumaq lazımdır”. 

Nigar 
"Cebheinfo.az"