Həftədə neçə yumurta yemək ürəyə ziyansızdır?

Həftədə neçə yumurta yemək ürəyə ziyansızdır?

Həftədə neçə yumurtanın sağlamlığınıza zərər verməyəcəyi məlum olub.

“Cebhe.info” xəbər verir ki, bu barədə ABŞ-dən olan kardioloqlar “MedicalNewsToday”-da hesabatla çıxış ediblər.

Alimlər bir sıra araşdırmalara və qidalanma təcrübələrinə, eləcə də məlumatların təhlilinə əsaslanaraq yumurtanın yağsız protein və mühüm mikroelementlər, fosfor, selen, həmçinin A, B2, B5, B12 vitaminlərinin yaxşı mənbəyi olduğunu təsdiqləyiblər.

Yumurtaların tərkibi istehsal və hazırlanma üsulundan asılı olaraq dəyişə bilsə də, alimlər həftədə 12 yumurta yeməyin məqbul olduğu qənaətinə gəliblər. Ekspertlər əmindirlər ki, bu miqdar xolesterol səviyyəsinə ciddi təsir göstərməyəcək və sağlamlığa zərərli təsir göstərə bilməz.

Bununla belə, bu məhsulları istehlak etməzdən əvvəl hələ də həkiminizlə məsləhətləşməyi məsləhət görürlər.

Xəzər
“Cebhe.info”