İqtisadiyyat üzrə Nobel laureatları məlum oldu

İqtisadiyyat üzrə Nobel laureatları məlum oldu

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.

APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər.

"Cebheinfo.az"