İstidən qorunmaq üçün şorba yeyin

İstidən qorunmaq üçün şorba yeyin

İsti hava insan sağlamlığına mənfi təsir göstərir. Həkimlər insanlara istilərə necə dözmək və sağlam qalmaq barədə məsləhətlər veriblər. 

“Cebhe.info” xəbər verir ki, tövsiyələr Rusiya Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən “Telegram”-da yayılıb.

Həkimlər susuzluq hiss etməsəniz belə, tez-tez su içməyi məsləhət görürlər. 

Həmçinin şəkərsiz çaylar və təbii şirələr içməyə icazə verilir, lakin şəkərli qazlı içkilərə icazə yoxdur. Bu içkilərin tərkibindəki kalorilərə görə susuzluğa və çəki artımına səbəb ola bilər.

Bundan əlavə, yüngül qidalara - şorbalara, tərəvəzlərə, meyvələrə və salatlara üstünlük verməlisiniz.

Təbii parçalardan paltar geyinmək, havanın keçməsinə imkan verməyən sintetikdən qaçmaq daha yaxşıdır. 12-16 saat çöldə qalmamaq məsləhətdir və özünüzü pis hiss edirsinizsə, dərhal həkimə müraciət etməlisiniz.

Xəzər
“Cebhe.info”