Tanınmış aktyor qocalar evində vəfat etdi

“Ölüm oyunu” filmində Brüs Li ilə birgə roluyla yadda qalan usta aktyor Mel Novak 90 yaşında dünyasını dəyişib.
“Cebheinfo.az” xəbər verir ki, kədərli xəbəri Novakın qızı Nikol Konant təsdiqləyib.
Nikol Konant atasının yaşla bağlı səbəblərdən Cənubi Kaliforniyada yerləşən qocalar evində dünyasını dəyişdiyini açıqlayıb.Karyerası boyunca Hollivudda onlarla layihədə iştirak edən əfsanəvi aktyor döyüş səhnələri və kaskadyor çəkilişləri zamanı tez-tez xəsarət alırdı.Qızı Nikolun sözlərinə görə, Novak son illərdə çəkiliş meydanlarında aldığı zədələrin nəticəsində gündəlik olaraq ağrılarla mübarizə aparırdı.
Əfsanə Rəcəb
“Cebheinfo.az”