"İki kişinin arasındakı söz..." - Zaurun efirdən qovduğu güneyli müğənni danışdı

ARB TV-də yayımlanan "Həmin Zaur” axşam şousunda aparıcı Zaur Kamal tərəfindən qovulan güney azərbaycanlı müğənni Afşin Azəri MTV-də yayımlanan "Tarixin bir günü” verilişində qonaq olub.
O, dünən baş verən qalmaqal haqda da danışıb.
"Yenə də öz sözümün üstündəyəm. Kişinin arasında danışılan söz, kişinin arasında da qalar. İnsan iki dəqiqənin içində necə 20 dəfə yalan danışa bilər? Yalan danışırsansa, icazə ver mən sənin cavabını verim".
Afşin deyib ki, Zaur hamıya yuxarıdan aşağı baxır və fanatları bu səbəbdən onun həmin verilişə qatılmasını istəməyib.
Cebhe.info