“Muro” filminin davamı çəkilir?

“Muro” filminin davamı çəkilir?

Türkiyənin əfsanəvi serialı “Kurtlar Vadisi Pusu”nun unudulmaz obrazlarından olan “Muro” obrazı ilə bağlı illər sonra filminin çəkilməsi gündəmə gəlib.

“Cebhe.info” xəbər verir ki, 2008-ci ildə çəkilən “Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine” filminin davamı məsələsinə aydınlıq gəlib.

Belə ki, filmin rejissoru Zübeyr Şaşmaz illər sonra sözügedən filmin ikinci hissəsini çəkmək istəyirdi. Hətta ötən ay filmin ikinci hissəsinin çəkilməsi üçün hazırlıqlar başlayıb. Layihəhin baş rol aktyoru Mustafa Üstündağla danışıqlar aparılıb. Lakin təcrübəli aktyorla qonarar məsələsində razılıq əldə olunmayıb. Bu səbəblə də filmin davamı məsələsi başlamadan yarıda qalıb. Mustafa Üstündağla razılıq əldə edə bilmədən Zübeyr Şaşmaz “Muro 2” filmini çəkməkdən vaz keçib.

Elmir Mustafa
“Cebhe.info”