“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub

“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub

“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrangahında keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov iştirak ediblər.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.

Bildirilib ki, "Naxçıvan-Bəşəriyyətin Beşiyi" Beynəlxalq Rəsm Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusya, Finlandiya və Latviyadan 58 rəssam iştirak edir. Dünyada və ölkəmizdə tanınmış rəssamların qatıldığı bu festival mədəniyyətimiz və incəsənətimiz üçün çox əhəmiyyətli və əlamətdar hadisə, həmçinin rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.

Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib.

Sonra festivalın yaradıcılıq hissəsinə başlanılıb.

İştirakçılar rəsm əsərləri ilə tanış olublar.

Qeyd edək ki, sabah festivalda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olacaq, iştirakçılara diplom və hədiyyələr təqdim ediləcək.

Cebhe.info