Nura Suri: “Əri başqası ilə gəzirdi”

Müğənni Nura Surinin sosial şəbəkədə etdiyi paylaşım diqqəti cəlb edib.
"Cebheinfo.az" xəbər verir ki, ifaçı şahid olduğu hadisəni sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
Sözügedən paylaşımı təqdim edirik:
“Bir xanımın başına gələn hadisəni yazıram (özüm də şahidəm). Xanımın iki övladı var, həyat yoldaşı ilə boşananda evindəki əşyaları da ala bilmədi heç. Vəkil tutmağa da mən kömək etdim.
Əri başqası ilə gəzirdi, elə onunla da evləndi, uşağı da oldu. Məhkəmə qərarı ilə evdə yaşamaq hüququ verildi boşanan xanıma, amma ki icra məmurları xanımı o evə köçürə bilmədilər. Yəni ki, həyat yoldaşı təzə arvadı və uşağıyla həmin evdə yaşayır və evin bir otağı keçmiş həyat yoldaşına verilmesinə baxmayaraq, nə övladlarını, nə də xanımı evə buraxmır.
Qanunlar necə işləyir bizim ölkədə? Məhkəmənin qərarını icraçı məmurlar niyə həyata keçirmir? Bəhsi gedən məsələ Nərimanov rayonunda olub”.
"Cebheinfo.az"